Keçdim: Sürücülük, DQ, MİQ
Projetado para iPhone, iPad, iPod touch
Grátis · Compras no app
- Classificação etária4+
- CategoriaEducação
- DesenvolvedorProTech Solutions Group MMC
- IdiomasInglês
- Tamanho43,6 MB
Leva à página oficial na App Store
O Download.org não hospeda nenhum arquivo de Keçdim: Sürücülük, DQ, MİQ. O botão abre a página do app na App Store, onde ProTech Solutions Group MMC o publica. Página verificada pela última vez em 26/11/2026.
Sobre
O desenvolvedor não forneceu este texto no seu idioma.
Sürücülük, dövlət qulluğu, MİQ, taksi, magistratura və buraxılış imtahanlarına izahlı suallarla hazırlaş. Bankda 4 900-dən çox sual var, hamısının izahı yazılıb.
Keçdim — Azərbaycandakı imtahanlara hazırlaşmağın sadə yoludur. Sual həll et, izahını oxu, zəif mövzunu gör, imtahan gününə hazır get.
ON İMTAHAN, BİR TƏTBİQ
• Sürücülük (DYP) — nəzəri imtahan, yol nişanları, hərəkət qaydaları (450-dən çox sual)
• Taksi sürücüsü — qanunvericilik və etika üzrə 20 sual, 60 dəqiqə
• Dövlət Qulluğu — Konstitusiya, məntiqi mühakimə, qanunvericilik; 1 200-dən çox sual, yeni Məcəlləyə görə yenilənib
• MİQ · Müəllimlərin işə qəbulu — 18 ixtisas üzrə ayrıca bank, 2 200-dən çox sual
• Müəllim sertifikasiyası
• Magistratura
• Buraxılış — 11-ci sinif
• İngilis dili — IELTS və TOEFL üçün hazırlıq sualları
• TR-YÖS — Türkiyədə təhsil üçün hazırlıq
BANKDA NƏ VAR?
• 4 900-dən çox sual — hamısının izahı var. İzahsız sual yoxdur.
• 130 yol nişanı — ayrıca kataloq: şəkil, kod və mənası bir yerdə.
• Sürücülük qaydası sualları «Yol hərəkəti haqqında» Qanunun konkret maddəsinə istinad edir.
• 13 hazırlıq məqaləsi — imtahan qaydaları və taktikası.
NECƏ İŞLƏYİR?
• Real imtahan formatı — eyni sual sayı, eyni vaxt, eyni keçid həddi.
• İmtahan rejimi — tam sınaqda izahlar yalnız sonda açılır.
• MİQ-də ixtisasını seçirsən, suallar yalnız sənin fənnindən gəlir.
• Hər sualın izahı — cavabı əzbərləmirsən, niyəsini başa düşürsən.
• Ağıllı təkrar — səhv etdiyin sual 1, 3, 7 və 21 gündən sonra yenidən gəlir.
• «Zəif mövzularım» — ən çox səhv etdiyin mövzulardan ayrıca məşq.
• Hazırlıq faizi və keçid həddi yan-yana görünür (keçid həddi olan imtahanlarda).
• İmtahan təqvimi — qeydiyyat və nəticə tarixləri, mənbə linkləri, xatırlatma bildirişləri.
• Sürücülükdə öz imtahan tarixini qeyd edirsən — sayğac və gündəlik plan avtomatik qurulur.
• Offline — həll etdiyin suallar internetsiz də açılır, nəticə qayıdanda sinxronlaşır.
• Qaranlıq rejim və qeydiyyatsız başlanğıc. Hesab (Apple, Google və ya e-poçt) yalnız nəticələrini saxlamaq üçündür.
KEÇDİM+
• Keçdim+ — bütün imtahanlar üçün limitsiz tam sınaq, zəif mövzu hesabatı, bütün tarixçə, reklamsız.
• Keçdim+ Sürücülük — yalnız DYP sürücülük imtahanı üçün, daha sərfəli.
• Pulsuz versiyada gündəlik sınaq və sual limiti var; hesab açmadan başlaya bilərsən.
• Keçdim+ planlarında 3 günlük pulsuz sınaq var; sınaq bitəndə abunə avtomatik ödənişə keçir.
• Hesab yaradanda 3 gün Keçdim+ hədiyyə.
• Abunə App Store hesabından ödənilir və avtomatik yenilənir. Cari dövrün bitməsinə ən azı 24 saat qalmış App Store hesab ayarlarından ləğv edə bilərsən.
İstifadə şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/
Məxfilik siyasəti: https://kecdim.pro-tech.az/privacy.html
MƏLUMAT MƏNBƏLƏRİ
İmtahan tarixləri və keçid hədləri bu saytlara istinad edir:
• Dövlət İmtahan Mərkəzi: https://dim.gov.az
• Dövlət Yol Polisi: https://dyp.gov.az
• Müəllimlərin işə qəbulu portalı: https://miq.edu.az
• Yol hərəkəti qaydaları: https://e-qanun.az
Son və dəqiq məlumat üçün həmişə bu saytları yoxlayın.
QEYD: Keçdim müstəqil hazırlıq tətbiqidir və heç bir dövlət qurumunu təmsil etmir. DİM, DYP, Elm və Təhsil Nazirliyi və ya digər dövlət qurumları ilə əlaqəsi yoxdur. IELTS, TOEFL və digər adlar müvafiq sahiblərinin ticarət nişanlarıdır; Keçdim onlarla əlaqəli deyil.
Novidades
Versão 1.1.16 · 26/11/2026
• iPad üçün yeni görünüş: yan menyu, iki sütunlu ana səhifə, sual və izah yan-yana
• Klaviatura ilə cavab: 1–4 seç, Enter — növbəti sual
• Xatırlatma saatı: Parametrlərdə özün seç və ya «Avtomatik» qoy — adətən məşq etdiyin saatda xatırladırıq
• Gecə (22:30–09:00) bildiriş göndərilmir, gündə ən çox bir xatırlatma
• Kiçik düzəlişlər və sabitlik
Privacidade do app
O que ProTech Solutions Group MMC declara na App Store sobre como este app lida com os dados.
-
Dados vinculados a você
Podem ser coletados e vinculados à sua identidade.
- Informações de contato
- Identificadores
As práticas de privacidade podem variar, por exemplo, com base nos recursos que você usa ou na sua idade.
Informações
- Vendedor
- PROTECH SOLUTIONS GROUP, MMC
- Categoria
- Educação
- Versão
- 1.1.16
- Atualizado
- 26/11/2026
- Lançamento
- 18/08/2026
- Tamanho
- 43,6 MB
- Requer
- iOS 15.0 ou posterior
- Classificação etária
- 4+
- Preço
- Grátis
- Compras no app
- Sim
- Idiomas
- Inglês
- Copyright
- © 2026 Keçdim















