İçeriğe atla

TenderYard

iPhone, iPad, iPod touch için tasarlandı

Ücretsiz

App Store üzerinden indir
  • Yaş sınırı12+
  • KategoriAlışveriş
  • GeliştiriciTenderyard MMC
  • Dillerİngilizce
  • Boyut108,6 MB

Resmi App Store sayfasına bağlanır

Download.org, TenderYard için hiçbir dosya barındırmaz. Düğme, uygulamanın App Store üzerindeki sayfasını açar; uygulamayı orada Tenderyard MMC yayınlar. Sayfanın son kontrolü: 23.11.2026.

Ekran görüntüleri

  • TenderYard ekran görüntüsü 1
  • TenderYard ekran görüntüsü 2
  • TenderYard ekran görüntüsü 3
  • TenderYard ekran görüntüsü 4
  • TenderYard ekran görüntüsü 5
  • TenderYard ekran görüntüsü 6
  • TenderYard ekran görüntüsü 7
  • TenderYard ekran görüntüsü 8

Hakkında

Tenderyard.com, 06.06.2024-cü ildə “TENDERYARD” MMC tərəfindən innovativ yeni texnologiyalar əsasında yaradılmış, süni intellekt əsaslı multifunksional “alış elanları” platformasıdır.

Missiyamız - platformaya tətbiq edilmiş yeni texnologiyalar sayəsində hər kəsin - insanlarımızın, sahibkarlarımızın öz alış və satış ehtiyaclarının daha sürətli və effektiv reallaşdırılması üçün vaxt itgilərinin qarşısının alınmasıdır.

Platforma istifadəçiləri (fiziki və hüquqi şəxslər) gündəlik olaraq həm satmaq, həm də almaq istədikləri 1700-dən artıq kateqoriyaya aid istənilən mal, məhsul, daşınar və daşınmaz əmlak, iş və xidmətlər üzrə həm alış, həm də satış elanlarını yarada bilərlər.

Platforma, tətbiq edilmiş ağıllı texnologiyalar sayəsində aşağıdakı fərqli xüsusiyyətlərə malikdir:

- Ağıllı Bildiriş Sistemi. Alış elanlarına uyğun Satış elanları, Satış elanlarına isə, uyğun Alış elanları sistem tərəfindən müəyyənləşdirilir, ağıllı bildiriş sistemi tərəflərə (alıcı və satıcıya) bu barədə bildiriş göndərməklə, alıcı və satıcını əlaqələndirir. Bu xüsusiyyət, insanları müxtəlif platformaların axtarış sistemlərindəki vaxt itgisindən azad etmiş olur.
- Kateqoriyasız Elan. Tətbiq edilmiş texnologiya, elan predmetinə görə aid olduğu kateqoriyanı avtomatik olaraq müəyyən edir. Belə bir yenilik, insanlarımızı elan yaradarkən, elanının aid olduğu kateqoriyanı müəyyən etmə çətinliyindən azad etmiş olur.
- Süni İntellektlə Elan. Süni intellektlə elan yaradarkən, platformada məhsul xüsusiyyətlərinə aid xanaların doldurulmasına ehtiyac qalmır. Bir cümlədə ifadə olunmuş bütün xüsusiyyətlər, elanı avtomatik olaraq yaradır. Məhsulun xüsusiyyətinə görə şəkli, şəklinə görə isə, xüsusiyyətləri sistem tərəfindən avtomatik olaraq müəyyən edilir. Belə bir xüsusiyyət, istifadəçilərə yalnız şəkil əsasında elan yaratmaq imkanı da verir.
- Əmlak alıcı və satıcıları üçün məhz istədikləri konkret binanın şəkli və lokasiyası əsasında təyin edilmiş elanların müəyyən edilməsi. Bu funksiya, məhz istədiyiniz bina üzrə əmlak satıcısının və ya alıcısının mövcudluğunu müəyyən edir və tərəflərə bildiriş göndərir.
- Qrammatik Redaktə Düyməsi. İstifadəçilər elan mətnlərindəki qrammatik səhvləri müvafiq düymədən istifadə etməklə, avtomatik qaydada düzəldə bilərlər.
- Filtrlə və bildiriş al. İstifadəçilər bu funksiyadan istifadə edərək, yalnız konkret kateqoriyadan olan elanlar və ya yalnız konkret mal, məhsul, xidmət və s. üzrə filtrlənmiş çərçivədə yaradılmış elanlar barədə bildiriş ala bilərlər. (Kateqoriya seçimini və Filtrləməni sistemdə yadda saxlamaqla)
- Reels (Video) Elan. İstifadəçilər digər sosial şəbəkələrdə olduğu kimi, öz satış elanlarını videoçəkiliş materialları əsasında da yerləşdirə bilərlər.
- Səslə və Şəkillə Axtarış. Səsli İdarəetmə Sistemi. Elanlar səslə və yalnız şəkillə də axtarıla bilir. Həmçinin əslə elanın yaradılması da mümkündür.
- Qlobal Bazarlar Üzrə Axtarış Motoru. Bu funksiya, istifadəçilərə, axtardıqları mallar üzrə müxtəlif qlobal saytların axtarış sistemində vaxt itgilərinə son qoyur.
- Yaradılmış Elanların Multilinqvistik Sinxronlaşdırılması. Bu funksiya xarici istifadəçilərə ölkəmizdə yaradılmış elanlara öz dillərində filtləməklə axtarış və baxılma imkanı yaratmaqla bərabər, ölkəmizdə olan istifadəçilərə də, digər ölkələrdə olan elanlara azərbaycan dilində axtarış və baxmaq imkanı yaradır.
- Tətbiqdaxili Messencer Sistemi. İstfadəçilər tətbiqdaxili bir-biri ilə yazılı və səsli mesajlaşa, səsli və görüntülü zəngləşə bilərlər.
- Chat-bot Platformaya tətbiq edilmiş chat-bot istifadəçilər üçün platformadaxili naviqasiyanı təmin edir.

Gündəlik alış və satış ehtiyaclarının sürətli təmini üçün, bütün vətəndaşlarımızı və sahibkarları platformanın imkanlarından istifadə edərək yararlanmağa dəvət edir, axtardıqları üzrə “Alış Elanı”, təklifləri üzrə isə, “Satış Elanı” yaratmağa dəvət edirik.

TENDERYARD!!! AXTARDIQLARINIZ SİZİ TAPACAQ!!!

Yenilikler

Sürüm 1.5.6 · 20.11.2026

TENDERYARD!!! AXTARDIQLARINIZ SİZİ TAPACAQ!!!

Uygulama gizliliği

Bu uygulamanın verileri nasıl işlediği hakkında Tenderyard MMC tarafından App Store üzerinde yapılan beyan.

  • Sizinle ilişkilendirilmeyen veriler

    Toplanabilir ancak kimliğinizle ilişkilendirilmez.

    • Finansal bilgiler
    • Konum
    • İletişim bilgileri
    • Kişiler
    • Kullanıcı içeriği
    • Tanılama

Gizlilik uygulamaları, örneğin kullandığınız özelliklere veya yaşınıza göre değişiklik gösterebilir.

Bilgiler

Satıcı
Tenderyard MMC
Kategori
Alışveriş
Sürüm
1.5.6
Güncellendi
20.11.2026
Yayın tarihi
14.02.2025
Boyut
108,6 MB
Gereksinim
iOS 15.0 veya sonrası
Yaş sınırı
12+
Fiyat
Ücretsiz
Diller
İngilizce
Telif hakkı
© Tenderyard LLC